Bu ölkənin prezidenti qəzaya düşdübackend

Bu ölkənin prezidenti qəzaya düşdü

Sloveniya Prezidenti Nataşa Pirts Musar avtomobil qəzasına düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin prezident administrasiyası məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı Xorvatiyadakı məzuniyyətdən qayıdarkən yol-nəqliyyat hadisəsinə düşüb. Kortejdə hərəkət edən iki xidməti avtomobil toqquşub. Qəza nəticəsində o, yüngül xəsarət alıb və İzola şəhər xəstəxanasına yerləşdirilib. Daha sonra prezident evə buraxılıb.

24UR telekanalının məlumatına görə, Nataşa Pirts Musara körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Kanalın iddiasına əsasən, prezident təhlükəsizlik kəmərini taxmadığı üçün xəsarət alıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hüquq-mühafizə orqanları yol qəzasının bütün təfərrüatlarını araşdırır.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*