“İkinci mərhələdə koronavirusun öldürücü gücü daha da artacaq” – BAŞ HƏKİMbackend

“İkinci mərhələdə koronavirusun öldürücü gücü daha da artacaq” – BAŞ HƏKİM

Rusiyanın Dövlət Klinik Xəstəxanasının baş həkimi Alaksandr Myasnikov pandemiyanın gələcəyi ilə bağlı qorxunc proqnozla çıxış edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, proseslərin gedişatının yaxşı heç nə vəd etmədiyini bildirən baş həkim, yaxın gələcəkdə Rusiyada vəziyyətin daha da dramatikləşəcəyini bildirib. O, indiki pandemiyanı sadəcə “məşq” adlandırıb:

“Koronavirusdan sonra bizi əsl dəhşətli bir epidemiya gözləyir. Bu pandemiya sadəcə bir məşqdir”.

Baş həkim qeyd edib ki, proseslərin ikinci mərhələsində koronavirusun öldürücü gücü daha da artacaq. Belə ki, ölüm dərəcəsi 30-35% -ə yüksələcək.

A.Myasnikov epidemiyanın yayılması baxımından ən təhlükəli yerin isə məhz xəstəxanalar olacağını vurğulayıb.

Xatırladaq ki, Rusiya pandemiyadan ən çox əziyyət çəkən ölkələr sırasındadır və bu ölkədə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur.

Moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*