Azərbaycanda bu məhsulun satışı qadağan ediləcəkbackend

Azərbaycanda bu məhsulun satışı qadağan ediləcək

Polietilen torbalardan istifadə ilə bağlı sənədlər hazırdır və dövlət qurumlarının müsbət rəyindən sonra sənədlər qüvvəyə minəcək.

KONKRET.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu sənədlərdəki tədbirlərin bütün müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb.

M.Babayev əlavə edib ki, 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb.

M.Babayev bu təcrübənin bir çox ölkələrdə tətbiq edildiyini və səmərəli nəticə verdiyini söyləyib.

olke.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*