
Qırğızıstanda 30 iyul koronavirus infeksiyası nəticəsində həlak olanların xatirəsini anmaq məqsədilə Ümumxalq Hüzn Günü elan ediləcək.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bunu ölkə prezidenti Sooronbay Jeenbekov dövlət radiostansiyasına müsahibəsində elan edib:
“Bir daha həlak olan həmvətənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Çətinliklər və ağır itkilər hər Qırğızıstan vətəndaşının ürəyindədir. Həmvətənlərimə səbr və cəsarət diləyirəm. Allah rəhmət etsin!”
Bundan əvvəl Sooronbay Jeenbekov respublika vətəndaşlarına bir video mesaj yazıb, burada Qırğızıstanın pandemiya ilə bağlı çətinlikləri şərəf və ləyaqətlə dəf etdiyini söyləyib və həmvətənləri xəstəliyi məğlub etmək üçün vətəndaş məsuliyyətini göstərməyə çağırıb.
