Bu rayonda işıq olmayacaqbackend

Bu rayonda işıq olmayacaq

Bu gün Masallı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə KONKRET.az Azərişıq ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq “Xıl” hava xəttində dekabrın 8-də təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*