Bu, sadəcə bəhanə idi, Rusiya Ermənistan hakimiyyətinə mesaj göndərdi – Xalatyanbackend

Bu, sadəcə bəhanə idi, Rusiya Ermənistan hakimiyyətinə mesaj göndərdi - Xalatyan

“”Surmalu” ilə bağlı vəziyyət sadəcə bəhanə idi, Rusiya Ermənistan hakimiyyətinə mesaj göndərdi”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə analitik Hayk Xalatyan deyib. O bildirib ki, ticarət mərkəzində baş verən hadisə ilə Rusiya Ermənistana xəbərdarlıq edib.

“Surmalu” ticarət mərkəzi ətrafında baş verənlər bəhanədir, Rusiya Ermənistana dolayısı mesaj göndərib. Bu, daha çox Ermənistan hakimiyyətinə xəbərdarlıq idi ki, hakimiyyətyönlü medianın yaydığı anti-Rusiya dalğası Moskvanın xoşuna gəlmir”, – deyə o bildirib.

O, ötən gün İrəvanın mərkəzində anti-Rusiya aksiyasının necə uğursuzluğa düçar olduğunu və həbslərin necə aparıldığını xatırladıb.

“Əslində belə çıxır ki, Ermənistan hakimiyyəti bu nümayişlərin baş verməsinin qarşısını ala bilir. Gözlənilirdi ki, Rusiya tərəfinin təzyiqindən sonra Ermənistan tərəfi Rusiyanı razı salmaq üçün müəyyən addımlar atacaq”, – deyə Xalatyan əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*