Bu seçki dairələri MSK-ya hesabat verməyib – ADLARbackend

Bu seçki dairələri MSK-ya hesabat verməyib - ADLAR

Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb.

KONKRET.AZ xəbər verir ki, 125 seçki dairəsi üzrə 5 573 məntəqədən MSK-ya hesabat daxil olub.

Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən lider namizəd Kamilə Əliyeva, 123 saylı Kəlbəcər seçki dairəsindən isə lider namizəd Aqil Məmmədovdur.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*