Bu şəhər dünyanın ən dəhşətli yeri kimi tanınıb – FOTObackend

Bu şəhər dünyanın ən dəhşətli yeri kimi tanınıb - FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistanın Muynak şəhəri məşhur və populyar Fox News kanalının yayımladığı “Dünyanın ən dəhşətli yerləri” siyahısına daxil edilib.

Qeyd edək ki, Aral dənizi bölgəsində yerləşən şəhər “Gəmi Qəbiristanlığı”nı xatırladır.

Beləliklə, sözügedən siyahıda Muynak 11-ci yerdədir. Yeri gəlmişkən, Aral dənizi dünyada dördüncü ən böyük dəniz olub. Ötən əsrin ortalarında şəhər Aral dənizinin sahilində sıx bir liman kimi tanınıb. Bu gün dünyada Aral dənizinin quruması ən pis ekoloji fəlakətlərdən biri kimi xarakterizə edilir. Hazırda dənizin 90 faizi quruyub və səhraya çevrilən dənizin dibində paslı gəmilər qumda batılmış vəziyyətdə ölülər məskənini xatırladır.

Dünyanın ən dəhşətli yerləri siyahısında İngiltərənin Şimal dənizinin sahilində yerləşən Maunsell qalası da yer alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*