Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanacaqbackend

Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanacaq

Rusiyanın “İrAero” aviaşirkəti aprelin 2-dən Omsk-Bakı reysinə başlayacaq.

KONKRET.az axar.az-a istinadən bildirir ki, bu barədə Omsk hava limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “İrAero” aviaşirkəti Omsk-Bakı reysinə biletlərin satışına başlayıb.

Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək.

Səyahət vaxtı isə 3,5 saatdır.

Qeyd edək ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*