Bu səlahiyyət Qafqaz Müsəlmanları İdarəsindən ALINDIbackend

Bu səlahiyyət Qafqaz Müsəlmanları İdarəsindən ALINDI

Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Qeyd edək ki, qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

  • Omer
    Fevral 1, 2022 - 15:20

    Bu selahiyyetleri Kim vermisdi? Niye alindi? Agamizi butun qafqaz musalmanlari secir. Biz tekbasina o selahiyyetleri nece ala bilerik. O nlarin hamisini agamiz uzun illerdi oz zehmedi sayesinde yaradib. Indi ozu yaratdigi onnan niye alinmalidir?? Ugurlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*