Bu sənədi almaq istəyənlər 20 manat rüsum ödəyəcəkbackend

Bu sənədi almaq istəyənlər 20 manat rüsum ödəyəcək

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.

KONKRET.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsinin operatoru yalnız şəhadətnamə aldıqdan sonra fəaliyyət göstərə bilər.

Məhz bu çərçivədə avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi də müəyyənləşir.

Belə ki, şəhadətnamə almaq istəyən şəxs 20 manat məbləğində rüsun ödəməlidir.

Qeyd edək ki, şəhadətnamə 5 illik veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*