Bu şəxslər də peyvənd oluna bilərlər – 3 qurum birgə MƏLUMAT YAYDIbackend

Bu şəxslər də peyvənd oluna bilərlər - 3 qurum birgə MƏLUMAT YAYDI

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

KONKRET.az xəbər verir ki, birgə məlumatda deyilir:

“Hazırda Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Bu gündən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır.

Əlavə məlumat üçün bildiririk ki, immunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*