Almaniyada Mərkəzi Yəhudilər Şurasından Sol Partiyaya qarşı çağırış: “Onları hakimiyyətə buraxmayın!”backend

Almaniyada Mərkəzi Yəhudilər Şurasından Sol Partiyaya qarşı çağırış: “Onları hakimiyyətə buraxmayın!”

Almaniyada Mərkəzi Yəhudilər Şurasının rəhbəri Yozef Şuster Berlində Sol Partiyanın hakimiyyətə gəlməsinə qarşı çıxıb.

KONKRET.az xəbər verir ki, Yosef Şuster Berlin seçkilərinin ilkin nəticələrindən sonra Sol Partiyanın uğurundan “dərin narahatlıq” keçirdiyini bildirib və partiyanı antisemitizmdə ittiham edib.

Onun sözlərinə görə, seçki kampaniyası zamanı Sol Partiyanın nümayəndələri dəfələrlə antisemitizm kimi qiymətləndirilə biləcək fikirlər səsləndirib. Şuster həmçinin Berlinin Noykölln rayonunda keçirilən seçki mitinqində İsrail əsgərlərinin öldürülməsinə çağırışların səsləndiyini iddia edib.

Mərkəzi Yəhudilər Şurasının rəhbəri Sosial Demokrat Partiyasını (SPD) və “Yaşıllar”ı Berlinin gələcək hökumətində Sol Partiyanın iştirakına yol verməməyə çağırıb.

Sol Partiya isə bu tənqidləri rədd edib. Bundestaq sədrinin müavini, partiyanın liderlərindən biri Bodo Ramelov RND media qrupuna açıqlamasında Şusterin bəyanatının mahiyyətini anlamadığını bildirib.

Ramelovun sözlərinə görə, Berlin Sol Partiyasının lideri Elif Əralp yəhudi icması ilə dialoq qurmaq üçün “əlini uzadıb”. O, potensial koalisiya tərəfdaşlarını danışıqlara çağırıb.

Ramelov həmçinin bildirib ki, Əralp Berlində antisemitizmlə mübarizə üzrə beş bənddən ibarət plan təqdim edib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*