“Rusiyanın əleyhinə tədbirlərə qoşulmayan şirkətlərə sanksiyalar tətbiq ediləcək”.
Bu sözləri Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell Varşavada keçirilən mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketi çərçivəsində müxtəlif ölkələrdən olan şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək:
“Məhdudlaşdırıcı tədbirlər bir çox şəxs və qurumlara, eləcə də sanksiyalarımızdan yayınan müxtəlif ölkələrin şirkətlərinə şamil olunacaq”.
qafqazinfo.az