Bu tarixdə Ay tutulacaq – Azərbaycanda da müşahidə olunacaqbackend

Bu tarixdə Ay tutulacaq - Azərbaycanda da müşahidə olunacaq

2020-ci ilin ikinci Ay tutulmasının vaxtı məlum olub.

KONKRET.az xəbər verir ki, ikinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-na keçən gecə baş verəcək.

Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də başa çatacaq.

Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsi Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə ediləcək. Adi gözlə yox, yalnız xüsusi cihazlar vasitəsilə prosesi müşahidə etmək mümkün olacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*