Bu tələbələr kirayə ödənişindən azad olundubackend

Bu tələbələr kirayə ödənişindən azad olundu

Koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb, tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb.

Azərbaycan Dillər Universitetindən KONKRET.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq universitetin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*