backend

Bu televiziya kanalında 2 nəfər koronavirusa yoluxdu - AÇIQLAMA

“Əməkdaşımız Azər Ağayev 10 gündür işə gəlmirdi. Buna səbəb hərarətinin yüksək olması idi. Daha sonra verilən testinin nəticəsi pozitiv çıxıb və karantinə alınıb”.

KONKRET.az xəbər verir ki, bunu “ARB Media Qrupu”nun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.

Onun sözlərinə görə, həmin əməkdaşla əlaqə saxlanılıb, yaxşıdır:

“Bundan əlavə, 2 həftə əvvəl daha bir koronavirusa yoluxmuş əməkdaşımız Hicran Nəsibova yenidən test verib və nəticəsi neqativ çıxıb. Bu səbəblə əməkdaşımız karantini ev şəraitində davam etdirəcək. İnşallah qısa zaman ərzində normal həyatlarına və işlərinin başına dönərlər”.

O.İbrahimli qeyd edib ki, ümumilikdə ARB-də bugünədək koronavirusa yoluxanların sayı 2 nəfər olub:

“Ümumiyyətlə hərarəti yüksək olan əməkdaş əvvəlcədən məlumat verir və işə gəlmir. Bundan əlavə, kanala daxil olmazdan əvvəl hər kəsin hərarəti yoxlanılır. Hərarəti yüksək olarsa, içəri daxil ola bilməz. İçəri daxil olarkən hərarət ölçüldükdən sonra, girişdə hər kəs spirtdən istifadə edir. Bütün əməkdaşlar oturduqları otaqlarda, hətta dəhlizdə gəzdikdə belə qoruyucu maskadan istifadə edir”.

APA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*