“Uran istehsalında dünya birincisi olan Qazaxıstan bu il istehsal həcmini 22,3 min tona çatdıracaq”.
KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Energetika Nazirliyində keçirilən yığıncaqda bildirilib.
2009-cu ildən təbii uran istehsalına görə, dünya birincisi olan Qazaxıstan 2022-ci ildə 22,3 min ton uran hasil etməyi planlaşdırır.
Həmçinin yüksək dəyərli uran məhsullarının istehsalı üçün şaquli nüvə yanacaq dövrü kompleksinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə “Ülba” metallurgiya zavodunda 317 ton tutumlu uran dioksid tozlarının və Çindəki atom elektrik stansiyaları üçün 200 ton tutumlu yanacaq çıxarma qurğularının istehsalına başlanılıb.
Xatırladaq ki, Qazaxıstan ötən il 21,8 min ton uran hasil edib.
İqbal Rzayev,
KONKRET.az
