“Bu, Türk ordusunun gəlməsi deməkdir” – PREZİDENTbackend

"Bu, Türk ordusunun gəlməsi deməkdir" - PREZİDENT

Ortaq Mərkəzin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Bu, hesab edirəm ki, tarixi hadisə sayıla bilər və bizi çox məmnun edir.

KONKRET.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söyləyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması üç ölkənin müştərək qərarıdır. Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu.

“Çünki 10 noyabr Bəyanatı imzalananda Ermənistan o durumda deyildi ki, buna etiraz etsin. Ermənistan, necə deyərlər, öz hayında idi. Ona görə əgər başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi. Ancaq buna etiraz edə bilmədi və biz də söylədik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın bu işlərlə nə əlaqəsi var?”, – Prezident bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*