Bu yay transferlərə ən çox hansı klub pul xərcləyib? – SİYAHIbackend

Bu yay transferlərə ən çox hansı klub pul xərcləyib? - SİYAHI

“Barselona” bu yay Avropada transfer üçün ən çox pul ödəyən klub olub.

KONKRET.az xəbər verir ki, Kataloniya klubu mövsümlərarası fasilədə ümumilikdə 138 milyon funt-sterlinq (164,11 milyon avro) xərcləyib.

Transfer xərclərinə görə “Barselona”dan sonra ikinci yeri bu yay yeni gələnlər üçün 124 milyon funt-sterlinq (demək olar ki, 147,5 milyon avro) ödəyən “Bavariya” tutub. Siyahıda üçüncü olan “Arsenal” 119 milyon funt-sterlinq (141,5 milyon avro) xərcləyib. Onun ardınca gələn “Mançester Siti” isə 98 milyon funt-sterlinqlə (116,5 milyon avro) 4-cü yerdə qərarlaşıb.

Sonrakı yerləri “Çelsi”, “Borussiya” Dortmund, “Liverpul”, “Real”, “PSJ” və “Mançester Yunayted” tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*