İspaniyanın bir sıra şəhərlərində balkonlarda paltar qurutmaq qadağan edilib.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Lorca şəhərində yeni qaydalara əsasən, bu hal üçün 151 avrodan 1500 avroya qədər (təxminən 300-3000 min manat) cərimə nəzərdə tutulur.
Yerli hakimiyyət bu addımın şəhərin görünüşünü və ictimai nizamı qorumaq məqsədi daşıdığını bildirib.
Qaydaların yerli sakinlər və məhəllə birlikləri tərəfindən dəstəkləndiyi qeyd olunur.
Oxşar məhdudiyyətlər İspaniyanın digər şəhərlərində də tətbiq edilir.
Vigo şəhərində küçədən görünən paltar asmağa görə 750 avroya (təxminən 1500 manat) qədər cərimə nəzərdə tutulur.
Burada həmçinin paltar çırpmaq, vedrələrdəki suyu boşaltmaq və piyadalar üçün təhlükə yarada biləcək əşyalar asmaq da qadağandır.
Kataloniyanın Lleida, Tarragona və Girona şəhərlərində də balkonlarda paltar qurutmağa məhdudiyyətlər var.
