“Burada yaşamaq istəyirsənsə, Azərbaycan qanunlarına əməl et” – VİDEObackend

“Burada yaşamaq istəyirsənsə, Azərbaycan qanunlarına əməl et” - VİDEO

“Burada yaşamaq istəyirsənsə, Azərbaycan qanunlarına əməl et”.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ən təmiz erməni dilində səsgücləndiricilər vasitəsilə Qarabağ ermənilərinə, eləcə də Rusiya sülhməramlı kontingentinin Qarabağ bölgəsində müvəqqəti məsuliyyət zonasında olan erməni quldur dəstələrinin qalıqlarına xəbərdarlıqla müraciət ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə hərbi dairələrdəki məlumatlı mənbələrdən Caliber.Az-a məlumata verilib.

Xəbərdarlığın mətnində belə deyilir:

“Erməni millətindən olan vətəndaşlara müraciət! Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Hazırkı mühəndis işləriniz qanunsuzdur.

Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın! Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin!

Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin. Əks halda sizə qarşı güc tətbiq olunacaq. Zərərlərinizə görə məsuliyyət daşıyırsınız. Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Bölgədən çıxın!”

Həmçinin, Azərbaycan Silahlı Qüvvələri Xocalı rayonunun Pirlər kəndində yaşayan mülki Qarabağ ermənilərinə xəbərdarlıq edir ki, Azərbaycan hakimiyyətinin rəsmi icazəsi olmadan hər hansı kənd təsərrüfatı işlərinin aparılması qanunsuzdur və onlar icazə almadan iş ərazisini tərk etməyə məcburdurlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*