Burun tutulması xərçəngin simptomu ola bilərbackend

Burun tutulması xərçəngin simptomu ola bilər

Bəzən adi burun tutulmasi xərçəngin inkişafına işarə edə bilər.

KONKRET.az-ın məlumatına görə, həkimlər bildirirlər ki, burunun bir neçə ay ərzində səbəbsiz olaraq tutulması burun-udlağın xərçənginin simptomu kimi meydana çıxa bilər.

Bundan əlavə xəstədə boyunda ağrılı şiş və qulağın tutulması kimi simptomlar da əmələ gələ bilər.

Təəssüf ki, burun-udlaq xərçəngi “lal” xərçəng sayılır. Bu səbəbdən xəstələrin əksəriyyəti yalnız gecikmiş mərhələdə buna fikir verir və həkimlərə müraciət edirlər.

Burun-udlaq xərçənginin aşağıdakı kimi simptomları var:

– Boyunda 3 həftə ərzində keçməyən şişkinlik.

– Bir qulaqda eşitmənin azalması.

– Qulaqlarda küy.

– Burun qanaxması.

– Baş ağrıları.

– İkili görmə.

– Udmanın çətinləşməsi.

– Səsin tutulması, xırıltılı olması.

– Bədən çəkisinin azalması.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*