Bütün millətlərdən istifadə etməliyik – Pezeşkianbackend

Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian

Digərlərini bizdən daha yaxşı olduğu üçün uzaqlaşdırmamalıyıq. Bu ölkədə yaşayan hər kəsdən – təfəkkür tərzindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq – ölkənin şərəfi və qüruru üçün istifadə etməliyik.

KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Bütün bu insanların öz missiyalarını yerinə yetirmələrinə və özlərini göstərmələrinə imkan verməliyik. Düşünməməliyik ki, biz hər şeyi bilirik və özümüzün müəyyən etdiyimiz siyasəti başqalarına diktə etməliyik”, – o əlavə edib.

Pezeşkian göstəriş və diktə dili ilə danışmağın dağınıqlıq yaratdığını söyləyib:

“Məsləhətləşmə olmadan heç bir qərar müsbət nəticə verə, ictimaiyyətin iştirakı olmadan heç bir iş yerinə yetirilə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*