“Caliber”: Mirzoyan İrəvanın qeyri-adekvatlığını təsdiqlədi – VİDEObackend

Caliber”: Mirzoyan İrəvanın qeyri-adekvatlığını təsdiqlədi - VİDEO

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrasından söz düşdükdə Ermənistan rəsmiləri özlərini qeyri-adekvat aparır, heç bir sağlam məntiqə sığmayan bəyanatlar səsləndirirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilib.

“Bizim qonşularımız populizmdə əsl ustadırlar. Ermənistan rəsmiləri bir tərəfdən regiondakı kommunikasiyaların açılmasının lehinə çıxış edir, digər tərəfdən isə bu sahədə praktik işlərin görülməsinə hər fürsətdə mane olur. Onlar üçtərəfli sazişin 9-cu bəndində açıq şəkildə yazılmış müddəalara qarşı açıq şəkildə çıxış edə bilmədikləri üçün belə söz oyunları oynamaq, bəzi anlayışları dəyişdirmək yolunu seçiblər. Lakin artıq bu demaqoqiyaya son qoymağın vaxtı çatıb”, – deyə videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*