Casusluqda ittiham olunan rusiyalı jurnalist DANIŞDIbackend

Casusluqda ittiham olunan rusiyalı jurnalist DANIŞDI

Kosovoda saxlanılan və daha sonra sərbəst buraxılan “Komsomolskaya Pravda” qəzetinin jurnalisti Daria Aslamova bildirib ki, respublikanın xüsusi xidmət orqanları onu saatlarla dindirib, Rusiya kəşfiyyatının fəaliyyəti barədə soruşublar.

KONKRET.az xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb.

“Biz həyat yoldaşım, Kazan jurnalisti ilə səyahət edirdik, Kosovoya gedirdik, çünki gözəl pravoslav kilsələri haqqında material hazırlamaq istəyirdik” – deyə rus jurnalist qeyd edib.

Aslamovanın sözlərinə görə, o, həyat yoldaşı ilə günorta saat 4-də saxlanılıb, bundan sonra polis maşını gəlib, telefonlarını təhvil verib və dindirməyə gediblər.

Jurnalist bildirib ki, dindirmə aparan şəxslər onun fəaliyyəti ilə bağlı bütün məlumatlara malik olublar.

“Sonra kəşfiyyatçıların belə tipik bir qəbulu oldu: onlar sizin gözlərinizin içinə baxıb deməyə başlayanda: “Açığını deyin, siz Rusiya kəşfiyyatında işləyirsiniz?” Mən deyirəm: “Xeyr”, – deyə Aslamova fikrini yekunlaşdırıb.

Rusiya səfirliyi isə Aslamovanın saxlanmasını Kosovonun növbəti təxribatı adlandırıb. Həmçinin Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bəyan edib ki, Kosovoda Aslamovaya qarşı ittihamlar sübutlarla müşayiət olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*