Çavuşoğlu: “Laçında ermənilər bəşəriyyətin utanmalı olduğu işlər görür”backend

Çavuşoğlu: "Laçında ermənilər bəşəriyyətin utanmalı olduğu işlər görür"

“Laçında ermənilər bəşəriyyətin utanmalı olduğu işlər görür”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.

“Azərbaycan qısa müddət ərzində mövcud Laçın dəhlizinə paralel yeni yol çəkib və bu yolda sülhməramlılar olacaq. Çünki Laçın şəhərindən başqa bir yol keçir”, – Çavuşoğlu deyib.

Türkiyə XİN rəhbəri ermənilərin Laçın şəhərindən, Sus və Zabux kəndlərindən çıxan zaman törətdikləri dağıntı və yanğınlara da münasibət bildirib. O, baş vermiş hadisələri bəşəriyyət üçün biabırçılıq adlandırıb.

“Ermənilər bu yerləri yandırır, bəşəriyyətin utanmalı olduğu işlər görürlər. Ermənistan bundan dərs çıxarmalıdır. Ermənistanla münasibətlərin normallaşmasına nail olmaqda bizim səmimiliyimizi hamı görür.

Erməni tərəfi bilsin və unutmasın ki, bizim Azərbaycandan heç bir fərqimiz yoxdur. Biz sülh istəyirik. Azərbaycanın öz torpaqları üzərində tam nəzarəti bərpa etməsi vacibdir.

Bakı bu əraziləri bərpa etmək, inkişaf etdirmək istəyir və bu ərazilərdə yaşayan erməniləri bütün hüquqlarından istifadə etməyə dəvət edir. Azərbaycan hakimiyyəti də hərtərəfli sülh sazişi təklif edir. Azərbaycan daha nə etməlidir? Torpaqlarını geri qaytarmaq istəyirdi və bunu da etdi, indi isə tək istəyi sabit sülhdür”, – deyə Mövlud Çavuşoğlu bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*