Çavuşoğludan Makrona: Liderlik başından böyük sözlərlə olmazbackend

Çavuşoğludan Makrona: Liderlik başından böyük sözlərlə olmaz

Makronun dediyi sözlərin, zənnimcə heç bir qarşılığı yoxdur.

KONKRET.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun “PKK/YPG-yə qarşı “Sülh çeşməsi” əməliyyatı keçirən Türkiyə NATO müttəfiqlərinin dəstəyini gözləməməlidir” fikrini şərh edərkən deyib.

O bildirib ki, Fransa terror qruplarına himayəlik edir:

“Biz burada terrorizmə qarşı mübarizə aparırıq. O, (Makron) terror qruplarının himayədarıdır. Yeliseydə daim qonaq edir. “Mənim müttəfiqim terror qruplaşmasıdır” deyirsə, ona cavabım var: Makron unutmasın! Merkelin də dediyi kimi Türkiyə NATO müttəfiqidir. Müttəfiqlərinin yanında olsun!”.

Türkiyə XİN rəhbəri Makronun NATO ilə bağlı fikirləri ilə də razılaşmadığını əlavə edib:

“Makron bu kimi açıqlamaları ilə Avropanın lideri ola bilməz. Hazırda Avropada bir boşluq var. “Lider mən olum” deyə çabalayır, lakin olduqca süni görünür. Liderlik səmimi davranışlarla, siyasətlə, liderlik xüsusiyətləri ilə baş tutur. Süni və başından böyük sözlərlə, yaxud hərəkətlərlə olmaz”.

Bir cavab yazın