Çavuşoğludan Ukrayna açıqlaması: Yaxınlaşma var!backend

Çavuşoğludan Ukrayna açıqlaması: Yaxınlaşma var!

“Rusiya ilə Ukrayna arasında kritik və vacib məsələlər üzrə yaxınlaşma var”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz 4 maddə üzrə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü görürük. Bəzi məsələlər barəsində qərarı rəhbərlik qəbul etməlidir. Savaş haqqında bir şey söyləmək çətin olsa da, görüşlərdən sonra atəşkəsə ümidimizin artdığını deyə bilərəm”, – nazir qeyd edib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, tərəflər indiki mövqelərindən geri çəkilməsələr, atəşkəsə ümid var.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski vurğulayıb ki, danışıqlarda onun prioritetləri  tamamilə aydındır – müharibənin sonu, təhlükəsizlik təminatları, suverenlik, ərazi bütövlüyünün bərpası, Ukrayna üçün real təminatlar və ölkənin real müdafiəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*