Çeçenistanda qiymətlər: Azərbaycanla özünüz müqayisə edin – SİYAHIbackend

Çeçenistanda qiymətlər: Azərbaycanla özünüz müqayisə edin - SİYAHI

Əvvəlcədə qeyd edək ki, Rusiya Federasiyasının tərkibində olan Çeçenistan respublikasına aid təqdim edəcəyimiz ərzaq qiymətləri 8 gün əvvəl yenilənib.

KONKRET.az xəbər verir ki, Çeçenistanda at ətinin kilosu 7 manat 50 qəpikdir:

1 kq keçi əti 9.70 AZN
1 kq çəpiş əti 9.75 AZN
1 kq qoyun əti 9.50 AZN
1kq quzu əti 12.20 AZN
1 kq ördək 10.90 AZN
1 kq mal əti 8.70 AZN
2 kq toyuq əti 9.80 AZN

Çeçenistanda ət qiymətləri ilə bağlı avito.ru saytında müxtəlif endirimli elanlar olduğundan orada bu sarıdan problem yoxdur. Unun da topdan qiymətləri çox ucuzdur. Əfsus ki, Azərbaycandakı endirimli qiymətlər barədə hamının məlumatı olmur. Ya internet resurslardan istifadə zəifdir, ya da mövcud saytlar yararsızdır. Həm də Azərbaycandakı qiymətlər vahid tarif sistemi ilə müəyyənləşib. Ona görə də daha az xərc çıxacaq bazar tapmaq qəlizdir.

Hazırda çeçenlər 414 manat civarında minimum əmək haqqı alırlar. Rusiya Federasiyasının qanun layihəsinə görə, Çeçenistan üçün bu rəqəm 2023-cü ildə 16 min 242 rubla (440 AZN) qalxmalıdır. Maaş qalxmalıdır, çünki gələn il qiymətlər od tutub yanacaq. Bəs yanacaq?

1 litr Aİ-92 1.34 AZN
1 litr Aİ-95 1.40 AZN
1 litr Aİ-98 1.65 AZN
1 litr dizel 1.39 AZN

Yanacaq qiymətində qalxış və düşüşlər baş verir. Yəni litri 51 rubla olan yanacağın 52 rubla qalxması, ya da 47-yə düşməsi normal haldır. Qeyd edək ki, Çeçenistandakı digər məhsulların qiymətlərilə bağlı internetdə yetərli informasiya yoxdur. Ələlxüsus da son aylarla bağlı.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*