“Çəkil, yetim kasıb…” deyən şəxs VƏFAT ETDİbackend

“Çəkil, yetim kasıb…” deyən şəxs VƏFAT ETDİ

Bir neçə ay öncə bahalı maşınla magistralda şütüyən, insanları təhqir edən Samid Bağırov dünyasını dəyişib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, Samid Bağırovun ürək tutmasından vəfat etdiyi bildirilir.

Onu da bildirək ki, Samidin bu il 8 ildən sonra ilk övladı dünyaya gəlib.

Yada salaq ki, bir neçə ay öncə sürətlə avtomobil idarə edən Samid Bağırov ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”, – deyə video çəkib paylaşmışdı.

Görüntülərdə onun təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünürdü.

Həmin video yayıldıqdan sonra Samid Bağırov polis tərəfindən saxlanmış, polis idarəsində profilaktiki söhbət aparıldıqdan və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdı.

O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*