Cəlilabadda gənc döyülərək baltalandıbackend

Cəlilabadda gənc döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.

Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb.

Ağır xəsarət alan Ş.Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*