Uzun illər “Çelsi”nin bombardiri olan keçmiş hücumçu Bobbi Tamblinq 84 yaşında vəfat edib.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, futbolçu 1959-1970-ci illərdə London klubunun heyətində 370 oyuna çıxıb və 202 qol vurub.

O, bu göstərici ilə “Çelsi”nin tarixində ən çox qol vuran futbolçu rekordunu müəyyənləşdirib.
Tamblinqin rekordu 2013-cü ildə Frank Lampard tərəfindən yenilənib. Lampard “Çelsi” forması ilə 211 qol vuraraq klubun yeni rekordçusuna çevrilib.
