“Cəmil Babayev iki erməni qarşılığında Azərbaycana qaytarılıb. Ermənistana verilən ermənilər Artur Nalbandyan və Aramayis Torozyandır. Onlar iyulun 14-də Zəngəzur bölgəsində itkin düşmüşdü”.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Cəmil Babayevin sülhməramlıların nəzarətindəki bölgədə saxlanılmasından sonra, Ermənistanın onu anti-terror əməliyyatı zamanı tutulan və Bakıda həbsdə olan erməni terrorçularla dəyişdirmək istəyi var idi: “Hətta ermənilər “yeni əsirlərin əldə edilməsi” mövzusunu da açmışdılar. Lakin Babayevin müharibədən sonra Qarabağda saxlanılan erməni terrorçularla deyil, Zəngəzurda ələ keçirilən düşmən hərbçiləri ilə dəyişdirilməsi bu prosesdə müsbət məqamlardandır” – Asif Nərimanlı vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
