Çempionlar Liqası: 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək – AFİŞAbackend

Çempionlar Liqası: 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında 1/8 mərhələsinin növbəti oyunları keçiriləcək.

KONKRET.az xəbər verir ki, ikinci oyun günündə də iki matç baş tutacaq. İtaliyanın “Atalanta” komandası İspaniyanın “Valensiya” komandasını qəbul edəcək. Meydan sahiblərinin heyətində itki yoxdur. “Yarasalar”da isə müdafiəçi Kristiano Piççini və yarımmüdafiəçi Manu Vellexo zədəlidir. Qapıçı Yasper Sillessen, yarımmüdafiəçi Denis Çerışev və hücumçu Kevin Qameyronun matçda iştirakı sual altındadır.

Günün digər qarşılaşmasında “Tottenhem” İngiltərədə Almaniya “Leyptsiq”ini qəbul edəcək. London klubunda yarımmüdafiəçi Mussa Sissoko və hücumçu Harri Keynin zədə səbəbindən oyunu buraxacağı dəqiqdir. Qonaqlarda isə itkilər daha çoxdur. Müdafiəçilər Villi Orban ilə İbrahim Konate, yarımmüdafiəçilər Teyler Adams ilə Kevin Kampl zədəli olduqları üçün qarşılaşmada iştirak etməyəcəklər.

Çempionlar Liqası, 1/8 final mərhələsi

24:00. “Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

“San Siro” stadionu

24:00. “Tottenhem” – “Leyptsiq” (Almaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Tottenhem” stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*