“Cennifer Lopezin əri ilə öpüşmüşəm” – Müğənni Britni Spirsbackend

“Cennifer Lopezin əri ilə öpüşmüşəm” - Müğənni Britni Spirs

Müğənni Britni Spirs Cennifer Lopezin hazırkı əri, aktyor Ben Affleklə öpüşdüyünü etiraf edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “İnstaqram” səhifəsində danışıb, lakin sonra paylaşımı silib.

Müğənni Afflek və bəstəkar Diane Varrenlə çəkdirdiyi ağ-qara şəklini yayımlayıb. Fotoda məşhurlar bir-birini qucaqlayıb. Şəkilin hansı il çəkildiyi məlum olmasa da, müğənni fotoşəkillərin çox əvvəlki illərə aid olduğunu qeyd edib.

“O gecə Ben ilə öpüşdüyümü deməyi unutmuşdum. Bu dəlilikdir! Kaş sizə əvvəllər baş vermiş əhvalatı danışa biləydim!” – pop ulduzu etiraf etdi.

Qeyd edək ki, əvvəllər Spirs “The Woman in Me” adlı xatirələrində müğənni Castin Timberleyklə şəxsi həyatının təfərrüatlarını paylaşmışdı. Müğənni uzun illər əvvəl ondan hamilə qaldığını, lakin abort etdirdiyini bildirib.

Bu etirafdan sonra Timberleyk Spirsi qanuni addımlarla hədələyib və ondan açıq şəkildə üzr istəməsinə nail olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*