Cənubi Koreya Müdafiə Nazirliyi əsgərlər arasında paylanan təlim materiallarında Şimali Koreyanı “düşmən” olaraq xarakterizə edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
“Şimali Koreyanın təxribatları bizim üzləşdiyimiz təhlükəsizlik təhdidləridir və bu cür təhlükəsizlik təhdidləri davam etdikcə Şimali Koreyanın ordusu və rejimi bizim düşmənlərimizdir”, – təlim materiallarında qeyd edilib.
Bildirilir ki, təlim materiallarındakı bu dəyişiklik Şimali Koreyanın bu il ən azı 16 raket sınağından sonra baş verib.
Digər tərəfdən ABŞ hərbi və kəşfiyyat orqanlarının məlumatına görə, Pxenyan təxminən beş ildən sonra ilk yeraltı nüvə sınağına hazırlaşa bilər.
Mayın əvvəlində vəzifəsinin icrasına başlayan Cənubi Koreya prezidenti Yoon Suk-yeol CNN telekanalına müsahibəsində Şimali Koreyanın sakitləşmə dövrünün başa çatdığını bildirib.
İqbal Rzayev,
KONKRET.az
