Cənubi Koreyada leysan 7 nəfərin həyatına son qoydu – VİDEObackend

Cənubi Koreyada leysan 7 nəfərin həyatına son qoydu - VİDEO

Cənubi Koreyanın paytaxtı Seulda leysan yağışları nəticəsində evlər, nəqliyyat və metrolar su altında qalıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, daşqın nəticəsində 7 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.

Bildirilib ki, Cənubi Koreyanın mərkəzi bölgəsində son 80 ilin ən güclü yağışı qeydə alınıb.

Rayonlardan birində bir saat ərzində 141,5 mm yağıntı qeydə alınıb. Yağan leysan yağışları nəticəsində yolları və binaları su basıb, elektrik enerjisi kəsilib, metronun fəaliyyəti dayandırılıb.

Hadisə nəticəsində 163 nəfər evsiz qalıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*