Çexiya prezidenti hərbçidən üzr istədi – VİDEObackend

Çexiya prezidenti hərbçidən üzr istədi - VİDEO

Çexiya Prezidenti Petr Pavel Çexoslovakiyanın yaranması münasibətilə keçirilən mərasimdə diqqət çəkib. 

KONKRET.az xəbər verir ki,  ölkə rəhbəri  bayraq dirəyi hərbçinin başına vurub.

Belə ki, Pavel döyüş bayrağını qəbul edərək düzülmüş fəxri qarovul önündə qaldırmağa çalışsa da, bayrağı əlində saxlaya bilməyib. Bayraq dirəyi təhlükəli şəkildə yana əyilib və onun yanında dayanan əsgərin başına dəyib, bu  zaman hərbçinin papağı yerə düşüb.

Daha sonra prezident baş verənlərə görə üzr istəyib və qeyd edib ki, bu şəkildə “hərbi proseduru şaxələndirmək” istəmir.

Siyasətçi sosial şəbəkədəki hesabında yazıb: “Mən heç olmasa bu şəkildə Qala Mühafizəsinin üzvünə fiziki və ya psixoloji zərər verdiyinə görə üzr istəməyə ehtiyac duyuram”.

Bundan əvvəl Petr Pavelin yol hərəkəti qaydalarını pozduğunu və ictimaiyyətdən üzr istəmişdi. Hadisə siyasətçinin motosiklet sürərkən dəbilqə taxmaması nəticəsində baş verib.//Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*