Çexiya Slovakiya ilə sərhəd nəzarətini müvəqqəti bərpa edəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qərar qanunsuz miqrasiyaya görə verilib.
Bildirilib ki, sentyabrın 29-dan etibarən sərhəd nəzarəti bərpa olunacaq. Məhdudiyyət lazım olduğu müddətdə qüvvədə qalacaq.
“Qeyri-qanuni miqrasiya ilə bağlı risklərin qarşısını almaq üçün biz Slovakiya ilə dövlət sərhədində nəzarəti müvəqqəti bərpa etmək qərarına gəldik”, – Çexiyanın Baş naziri Petr Fiala mətbuat konfransında deyib.
Baş nazirin bildirib ki, əsasən Suriyadan gələn qeyri-qanuni miqrantların sayı bu il kəskin artıb.
Qeyd edək ki, söhbət tranzit miqrasiyadan gedir. İnsanların çoxu bu ölkələr üzərindən Almaniyaya gedir.
İqbal Rzayev,
KONKRET.az
