Ceyhun Bayramov Serbiyada tədbirdə çıxış etdi – FOTObackend

Ceyhun Bayramov Serbiyada tədbirdə çıxış etdi - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Sarayında bu ölkənin Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib.

Xarici İşlər Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən təşkil edilmiş mərasimdə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya Prezidentlərinin rəhbərliyi ilə Azərbaycan-Serbiya strateji tərəfdaşlığının daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Strateji tərəfdaşlığımızın inkişafında ali və yüksək səviyyəli təmasların, mövcud dostluq münasibətlərinin, habelə bütün platformalar çərçivəsində göstərilən qeyd-şərtsiz dəstəyin əhəmiyyəti qeyd olunub.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*