İran ABŞ Tehranın irəli sürdüyü şərtləri qəbul etməyənə qədər Hörmüz boğazını gəmiçilik üçün açmayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehranın Vaşinqtona çatdırdığı şərtlər yerinə yetirilməyənə qədər boğazın açılması məsələsində geri addım atılmayacaq.
Onun sözlərinə görə, İran xalqının qanuni hüquqları tanınmalı və ABŞ tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Qalibaf vurğulayıb ki, bu tələblər yerinə yetirilməyənə qədər əvvəlki danışıqlar formatına qayıtmaq və Hörmüz boğazını açmaq üçün “ən kiçik ehtimal belə yoxdur”.
Qeyd edək ki, İran daha əvvəl də Hörmüz boğazının açılmasını ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə əlaqələndirib. Tehran şərtlərini vasitəçilər, o cümlədən Qətər üzərindən Vaşinqtona çatdırdığını açıqlayıb.
Günay Əli
KONKRET.az
