Dünyanın ən böyük təbiət qoruğu – Bu qitə nəhəng yeraltı su ehtiyatlarına malikdirbackend

Dünyanın ən böyük təbiət qoruğu - Bu qitə nəhəng yeraltı su ehtiyatlarına malikdir

Afrikanın yeraltı horizontlarında böyük şirin su ehtiyatları var. Liviya, Əlcəzair və Çad ərazisinin altında yerin qalın qatında yerüstü sudan 100 dəfə çox su ehtiyatı mövcuddur.

Əhali və ölkələr

Afrika ərazisində 55 dövlət yerləşir. Əhalisi 1,46 milyard nəfərdir. Bu, Yer kürəsi əhalisinin təxminən 20%-ni təşkil edir. Beləliklə, Afrika dünyanın ən sıx əhaliyə malik dövlətləri — Çin və Hindistanla müqayisə oluna bilər.

Fauna və təbiət

Afrika haqqında düşünəndə ağlımıza gələn ilk şey vəhşi heyvanlar və afrika qəbilələridir. Afrika subarktik iqlimdən tropik iqlimə qədər müxtəlif iqlim şəraitli sərhədsiz landşaftları sayəsində çoxsaylı vəhşi heyvan populyasiyalarının məskəni olmaqla yanaşı, planetimizin digər hər hansı qitəsindən daha zəngin fauna müxtəlifliyi ilə seçilir.

Afrikada nəm tropik meşələrdən savanna düzənliklərinə və quraq Saxara səhrasına qədər bir sıra müxtəlif yaşayış mühitləri mövcuddur ki, bu da geniş vəhşi heyvan müxtəlifliyi üçün yaşayış təmin edir. Afrika dünyanın ən heyrətamiz heyvanlarının, o cümlədən nəsli kəsilmə təhlükəsi altında olan növlərin də yaşayış məskənidir.

**Milli parklar**

Afrika qitəsində milli parkların ən yüksək konsentrasiyası müşahidə olunur. Afrikada onların sayı planetin digər hər hansı nöqtəsindən çoxdur. Burada 335 milli park yerləşir, bu parklarda 1 100-dən çox məməli növü, 100 000 həşərat növü və 2 600 quş növü qorunur.

Su heyvanları və meqafauna

Afrika bütün qitələr arasında şirin su balıq növləri baxımından ən zəngin qitədir — təxminən 3000 növ. Tarixdən əvvəlki dövrlərdən bəri Afrikada meqafauna nümayəndələrinin (bədən çəkisi 40-45 kq-dan çox olan heyvan növləri) ən çox sayı qorunub saxlanılıb. Dünyada heç bir yerdə afrika savannasındakı qədər böyük heyvan bolluğu yoxdur: fillər, su aygırları, zürafələr, aslanlar, antiloplar, afrika camışları, qara və ağ kərgədanlar, qorillalar.

Klimancaro dağı

Klimancaro dağı Afrikanın ən uca dağıdır. Onun hündürlüyü dəniz səviyyəsindən 5895 metrdir. Hündürlüyünə görə bu, dünyanın dördüncü zirvəsidir. Onun unikallığı həm də ekvatorun düz üzərində yerləşməsindədir.

Kilimanjaro vulkanı sönməyib, o, yatıb. Onun püskürmə ehtimalı istisna edilmir!

Vəhşi qəbilələr

Vəhşi afrika qəbilələri avtomobilin, elektrikin, hamburgerin və Birləşmiş Millətlər Təşkilatının nə olduğunu bilmirlər. Onlar özlərinə ovçuluq və balıqçılıqla qida əldə edir, yazıb-oxumağı bacarmırlar. Adi soyuqdəymə və ya qripə tutularaq belə öləbilərlər. Onlar antropoloqlar və evolyusionistlər üçün əvəzsiz mənbədir, lakin nəsilləri get-gedə tükənir. Onlar əcdadlarının həyat tərzini qoruyub saxlayan və müasir dünya ilə təmasdan qaçan vəhşi qəbilələrdir.

Afrika yer üzündə unikal bir yerdir. Bütövlükdə onu böyük bir təbiət qoruğu hesab etmək olar.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*