Ceyranbatanda yenidən yanğın başladı – SON DƏQİQƏ!backend

Ceyranbatanda yenidən yanğın başladı - SON DƏQİQƏ!

Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yenidən yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb edilib, yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hal-hazıradək yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb.

Yanğınsöndürmə işləri davam etdirilir.

Xatırladaq ki, sözügedən ərazidə ötən gün də yanğın baş vermişdi, axşamçağı saat 16:49-da söndürülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*