Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil oldubackend

Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil oldu

Çinin 3 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.

KONKRET.az xəbər verir ki, bu barədə “Yomiuri” nəşri Yaponiyanın 11-ci Dairə Sahil Mühafizəsi Qərargahına istinadən məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın ərazi sularında balıqçılara yaxınlaşan Çin gəmilərinə ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.

Sahil Mühafizəsinin Baş Qərargahı Çin bayrağı altında üzən gəmilərin sentyabrın 8-dən bəri ilk dəfə, bu il isə 27-ci dəfə Yaponiya ərazi sularını pozduğunu açıqlayıb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Çin və Rusiyaya məxsus ümumilikdə 7 gəmi paytaxt Tokionun cənubundakı İzu adaları bölgəsindən keçib.

Qeyd edək ki, Şərqi Çin dənizində Yaponiyanın “Senkaku” və Çinin “Diaoyu” adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir.

Yaponiyaya məxsus olan və heç kimin yaşamadığı adalar uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*