Çin rəsmisi ABŞ-ni ittiham etdi: “ABŞ Çini nüfuzdan salmaq üçün kibertəhlükəsizlik məsələlərindən istifadə edir”backend

Çin rəsmisi ABŞ-ni ittiham etdi: "ABŞ Çini nüfuzdan salmaq üçün kibertəhlükəsizlik məsələlərindən istifadə edir"

Pekin kiberhücumlarda iştirakda ittiham olunan Çin şirkətinə qarşı ABŞ-nin sanksiyalarına cavab olaraq öz maraqlarını qorumaq üçün addımlar atacaq.

KONKRET.az xəbər verir ki,bu barədə  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun brifinqdə bildirib: “Qondarma kiberhücumlar məsələsində Çin dəfələrlə öz mövqeyini aydınlaşdırıb. Çin həmişə haker hücumlarına qarşı çıxıb. Pekin həmçinin ABŞ-ni Çini nüfuzdan salmaq üçün kibertəhlükəsizlik məsələlərindən istifadə etməyi dayandırmağa çağırır”. O daha sonra qeyd edib ki, Birləşmiş Ştatlar bir müddətdir çinli haker hücumları adlanan hücumları hər cür şəkildə qızışdırır və hətta Çinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalara start verib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*