Çin Tacikistan dağlarını partladacaq – MÜSAHİBƏbackend

Çin Tacikistan dağlarını partladacaq - MÜSAHİBƏ

Çin Tacikistanı “Bir kəmər bir yol” layihəsində Mərkəzi Asiyaya giriş qapısı kimi görür.

KONKRET.az xəbər verir ki, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi Tacikistanın “Bir kəmər bir yol” platformasında rolunu qiymətləndirmək üçün Texniki Əməkdaşlıq və İnkişaf Agentliyinin İdarəetmə eksperti Umedjon Məcidinin fikirlərini öyrənib.

“Bir kəmər bir yol” təşəbbüsü kontekstində Çinin Tacikistana baxışı necədir? Düşənbənin Çinin Mərkəzi Asiya, Əfqanıstan və Pakistana qapısı olduğunu söyləmək olarmı?

Tacikistanın Çin, Əfqanıstan və Mərkəzi Asiyanı Pakistanla birləşdirən Vahan dəhlizi ilə birbaşa sərhədi var. Bəli, deyə bilərik ki, Tacikistan Çinin Orta Asiyaya açılan qapısıdır.

– Sizcə, Çinin Vahan dəhlizi ilə bağlı planı nədir?

-Çin Vahan dəhlizi ilə terrorçu qrupların Tacikistana sızmasının qarşısını almaq üçün regionda əməkdaşlığı inkişaf etdirir və təhlükəsizlik tədbirləri görür. Çin narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuların qonşu regionlara sızması məsələlərini ciddi şəkildə araşdırır.
Tacikistanın regional mövqeyi Çin üçün vacibdir. Digər tərəfdən, Vahan dəhlizinin dar zolağı Çin üçün kritik əhəmiyyət kəsb edir. Çünki bu dar zolaq Tacikistanı Pakistandan ayırır.

– Sizcə, Tacikistanın dağlıq ərazisi Çinin “Bir kəmər bir yol” layihəsinə maneə yaradırmı?

– Dağlıq ərazi Çinin bu təşəbbüsü üçün əsas maneə deyil. Tacikistan-Çin münasibətlərinin tarixi sübut edib ki, Çin işçi qüvvəsi daha yaxşı tunellər və yollar tikməkdə təcrübəlidir və infrastruktur layihələrini həyata keçirmək üçün kapital və kreditə malikdir.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*