Çinin hədəsinə, ABŞ-ın etirazlarına baxmayaraq Pelosi Tayvana GEDƏCƏKbackend

Çinin hədəsinə, ABŞ-ın etirazlarına baxmayaraq Pelosi Tayvana GEDƏCƏK

Pelosi Bayden administrasiyasının ehtiyatlanmasına baxmayaraq Tayvana səfər edəcəyinə söz verib.

KONKRET.az xəbər verir ki, ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosi Sinqapura uçub. Asiya turu çərçivəsində o, Malayziya, Cənubi Koreya və Yaponiyaya da səfər edəcək.

Press-relizdə ABŞ nümayəndə heyətinin müttəfiqlərlə ticarət, Hind-Sakit okean regionunda təhlükəsizlik, pandemiyanın nəticələri və iqlim dəyişikliyi məsələlərini müzakirə edəcəyi bildirilib.

ABŞ-da üçüncü ən mühüm vəzifəni tutan siyasətçi Pekinin etirazlarına baxmayaraq Tayvana da gedəcəyini deyib. Pelosinin adaya səfəri hələlik Vaşinqtonda təsdiqlənməyib.

Çinin dövlət tabloidi “Global Times” nüfuzlu deputatın təyyarəsinin təyyarənin nasazlığı və ya yanacaq doldurması kimi fövqəladə bəhanələrlə Taypey hava limanına enə biləcəyini istisna etməyib.

Vaşinqton və Taypey diplomatik əlaqələr saxlamır, buna baxmayaraq, ABŞ ÇXR-dən gələn təhlükə qarşısında qismən tanınan Tayvanın təhlükəsizliyini təmin etməyi öhdəsinə götürüb.

Nensi Pelosi, Çinin onun səfərinə reaksiyasından narahat olan Bayden administrasiyasının rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq, Asiya turu çərçivəsində Tayvana səfər edəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*