Conni Depp xeyriyyə təşkilatlarına 800 min dollar BAĞIŞLADIbackend

Conni Depp xeyriyyə təşkilatlarına 800 min dollar BAĞIŞLADI

“Karib dənizinin quldurları” filmindəki obrazı ilə dünyada tanınan 59 yaşlı aktyor Conni Depp keçmiş həyat yoldaşı Ember Herdlə qalmaqallı məhkəmədən sonra xeyriyyə işlərinə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Bildirilib ki, Depp öz hesablarından 800 min dolları müxtəlif xeyriyyə təşkilatlarına bağışlayıb.

Aktyorun ianəsinin Perth Uşaq Xəstəxanası Fondu, Great Ormond Street Hospital Uşaq Xeyriyyə Cəmiyyəti, Footprint Coalition və Los Angeles Uşaq Xəstəxanası arasında bölündüyü bildirilir.

Qeyd edək ki, keçmiş həyat yoldaşı Ember Herd üzərində məhkəmədə qələbə qazandıqdan sonra  məşhur Hollivud aktyoru 300 min dollarlıq ziyafət verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*