Consonun Baş nazir kimi varisi ola biləcək şəxs məlum olub.
KONKRET.az bildirir ki, bu barədə Sky News xəbər verir. Uolles Xarici İşlər Naziri Liz Trass da daxil olmaqla, bütün əsas namizədləri məğlub edib.
Britaniyanın müdafiə naziri Ben Uolles Mühafizəkarlar Partiyasının üzvləri arasında növbəti baş nazir olmaq üçün aşkar favoritdir.
YouGov-un son sorğusuna görə, Uolles Tory üzvləri arasında növbəti lider olmaq üçün açıq-aydın favoritdir.
İddiaçılar arasında həmçinin ticarət siyasəti naziri Penelopa Mordaunt, Rişi Sunak (iyulun 5-dək xəzinədarlığın rəhbəri), səhiyyə və sosial yardım üzrə xüsusi komitənin rəhbəri Ceremi Hant da var.
Qeyd edək ki, Ben Uolles 2019-cu ildən Böyük Britaniyanın müdafiə naziridir. Bundan əvvəl o, 2016-cı ildən kiçik təhlükəsizlik naziri vəzifəsində çalışıb. 2005-ci ilə qədər kapitan rütbəsi ilə hərbi xidmətdə olub. Böyük Britaniyanın müdafiə naziri kimi o, Ukraynaya dəstək verməkdə mühüm rol oynayıb.
Xuraman Etibarlı,
KONKRET.az
